Hörmətli xanımlar və cənablar,
Sizi internet səhifəmdə salamlamaq imkanına malik olduğuma görə çox sevinirəm. 2006-cı ilin sentyabrında Almaniya Federativ Respublikasında yerləşən Kil əyalət məhkəməsi məni andlı məhkəmə tərcüməçiləri (Azərbaycan və rus dilləri üzrə) siyahısına qəbul etmişdir. Eyni ilin noyabr ayında Şlezviq şəhərində yerləşən baş əyalət məhkəməsi mənə Azərbaycan dilindən alman dilinə və əksinə sənədləri tərcümə etmək və rəsmiləşdirmək səlahiyyətini vermişdir. 2008-2010-cu illərdə isə öz növbəsində Berlin əyalət məhkəməsi mənə Azərbaycan və rus dilləri üzrə andlı və səlahiyyətli məhkəmə və notarial tərcüməçi lisenziyasını təqdim etmişdir. Artıq 2001-ci ildən başlayaraq mən Almaniya üzrə bir sıra tərcümə bürolarının əməkdaşı kimi fəaliyyət göstərmişəm.
Azərbaycan və rus dillərindən alman dilinə və əksinə şifahi və yazılı tərcüməçi fəaliyyətim ilk növbədə son illərdə toplanmış zəngin bilik və təcrübə potensialından qidalanır. Bu da öz növbəsində mənim tərcümələrimin yüksək keyfiyyətini təmin edən başlıca amil kimi nəzərdən keçirilə bilər. Deyilənlərə əsaslanaraq öz xidmətimi böyük məmnuniyyətlə Sizə də təklif etmək istəyirəm.
Gündəlik fəaliyyətimdə əhəmiyyət verdiyim başlıca meyar qiymət deyil, mənə müraciət edən insanların arzu və istəklərinin keyfiyyətlə və tez bir zamanda təmin edilməsidir. Bu baxımdan Sizlərin hər bir sorğunuza qabaqcadan sevinir və dil maneələrinin aradan qaldırılmasında yardımçı olmağa can atdığımı bildirmək istəyirəm.
Ən səmimi salamlarla
Sizin
Dr. Qurban Ələkbərov